Daxili işlər naziri Ramil Usubov yeni müavini, polis general-mayoru İsmət Əliyevi şəxsi heyətə təqdim edib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə DİN-in mətbuat xidmətinin rəis müavini Ehsan Zahidov məlumat verib.
İ.Əliyev bu postda ölkə başçısı İlham Əliyevin imzaladığı sərəncamla xidmətdə olmanın son yaş həddinə çatdığına görə təqaüdə göndərilən Əsgər Ələkbərovu əvəz edib.
Bu təyinata qədər İ.Əliyev Daxili İşlər Nazirliyinin Baş Kadrlar İdarəsinin rəisi olub.
R.Babayev