Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) icraçı direktoru Şahmar Mövsümov və Macarıstanın xarici işlər və ticarət naziri Peter Siyarto ARDNF-in Macarıstana investisiya imkanlarını müzakirə ediblər.
ARDNF-in məlumatında qeyd edilir ki, Ş.Mövsümov və P.Siyartonun Bakıda keçirilən görüşündə Azərbaycan və Macarıstan arasındakı iqtisadi əməkdaşlıq, iqtisadi əməkdaşlığın inkişaf perspektivləri müzakirə olunub.
ARDNF Azərbaycan prezidentinin 29 dekabr 1999-cu il tarixli fərmanı ilə yaradılıb və dövlət başçısına hesabat verən büdcədənkənar dövlət təsisatıdır. Fondda neft müqavilələrinin reallaşmasından, əsasən dövlətin mənfəət neftinin satışından, ölkə ərazisində neft və qaz nəqlinə görə tranzit tariflərindən, dövlət əmlakının icarəsindən və digər mənbələrdən daxil olan gəlirlər toplanır.
A.Əzizov