SOCAR (Azərbaycan Dövlət Neft Şirkəti, ARDNŞ) və "GAIL (India) Limited" maye qazın istehsalı, satın alınması və nəqli sahələrində əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb. Bu barədə ARDNŞ-in məlumatında qeyd edilir.
Memorandum noyabrın 3-də imzalanıb.
Memorandum qeyd olunan sahələrdə layihələrin irəli çəkilməsini nəzərdə tutur.
Məlumatda qeyd edilir ki, Memoranduma əsasən, tərəflər neft-kimya layihələrinə birgə sərmayə qoyuluşu məsələlərini də nəzərdən keçirəcəklər.
A.Əzizov