“Bakı-2015” Avropa Oyunları Əməliyyat Komitəsi (BEGOC) Fransanın L`Equipe 21 televiziya kanalı ilə yayım sazişinə imza atıb.
Bu barədə BEGOC-un mətbuat xidməti məlumat yayıb.
Sazişə görə, Birinci Avropa Oyunları L`Equipe 21 kanalı, eyni zamanda kanalın vebsaytı və mobil platformaları vasitəsilə Fransada canlı yayımlanacaq.
Şirkət “Bakı-2015” Avropa Oyunlarının açılış və bağlanış mərasimlərinin canlı yayımını həyata keçirəcək, eyni zamanda hər gün yarışlardan 5 saatlıq canlı nümayiş və yarışlardakı gündəlik ən maraqlı məqamların axşam yayımını təmin edəcək.
“Bu saziş bu yaxınlarda imzalanmış ən iri sazişlərdən biridir və qitənin hər yerindəki idman azarkeşlərinin onların ölkələrini təmsil edəcək idmançıları izləyə bilmələrinə imkan yaradacaq”, - deyə “Bakı-2015” Avropa Oyunları Əməliyyat Komitəsinin əməliyyatlar üzrə baş direktoru Saymon Kleq deyib.
Fransanın “Bakı-2015” Avropa Oyunlarına təxminən 250 idmançıdan ibarət güclü komanda göndərəcəyini gözlədiyini bildirib.
“L`Equipe 21 idmana həsr edilmiş bir kanaldır və biz kanalın “Bakı-2015” Avropa Oyunlarında iştirak edəcək elit idmançıları və yarışları yüksək keyfiyyətlə nümayiş etdirəcəyinə inanırıq”,- deyə S.Kleq bildirib.
““Bakı-2015” Avropa Oyunları beynəlxalq idman təqviminə mühüm hadisə kimi yazılacaq, ona görə də birinci Avropa Oyunlarının Fransada yayımlanmasına görə məsuliyyəti daşıdığımız üçün çox şadıq.Bir idman tamaşası kimi bu, dünyanın hər yerindəki idman azarkeşlərində Oyunlara qarşı böyük maraq oyadacaq və biz Fransadakı bütün izləyicilər üçün Oyunların canlı yayımlanmasına öz köməkliyimizi göstərəcəyimiz üçün fəxr edirik. L’Equipe 21 kanalı, həmçinin “Bakı-2015” Avropa Oyunlarına 100 gün qalması ilə bağlı xüsusi bir proqram yayımlayacaq və Fransanın Mili Olimpiya Komitəsinin jurnalı olan “Esprit Bleu”da Avropa Oyunlarına hazırlaşan idmançılar barədə həftəlik hesabat təqdim edəcək”, - deyə L`Equipe 21 televiziya kanalının baş meneceri Xavyer Spender söyləyib.
L`Equipe 21 kanalı, həmçinin “Bakı-2015” Avropa Oyunlarına 100 gün qalması ilə bağlı xüsusi bir proqram yayımlayacaq və Fransanın Milli Olimpiya Komitəsinin jurnalı olan “Esprit Bleu”da Avropa Oyunlarına hazırlaşan idmançılar barədə həftəlik hesabat təqdim edəcək.
“Biz Bakı-2015” ilə 2012-ci ildən bizim media partnyorumuz olan L`Equipe 21 kanalı arasında idman azarkeşlərimizin birinci Avropa Oyunlarını canlı izləmələrinə imkan yaradan sazişin bağlandığından çox məmnunuq. “Bakı-2015” Avropa Oyunlarında yarışmaq üçün güclü komanda göndərəcəyik və komandanın göstərəcəyi cəhdləri və əldə edəcəyi nailiyyətləri Fransadakı azarkeşlərin canlı izləyə bilməsi yaxşı haldır”, - deyə Fransa Milli Olimpiya Komitəsinin prezidenti Denis Messeqliya bildirib.
Birinci Avropa Oyunları 12-28 iyun 2015-ci il tarixlərində Bakıda keçiriləcək.
Oyunlar 20 idman növünü əhatə edəcək. Bunlardan 16-sı Olimpiya idman növü olacaq.
9 idman növü üzrə yarışlar 2016-cı il Rio de Janeyro Yay Olimpiya Oyunları üçün təsnifat xarakteri daşıyacaq. Bunlar kamandan oxatma, yüngül atletika, çimərlik voleybolu, velosiped idmanı, atıcılıq, üzgüçülük, stolüstü tennis, taekvondo və triatlon idman növləridir. Yarışlarda 49 ölkədən 6 mindən çox idmançı iştirak edəcək. Yarışları 1 milyona yaxın tamaşaçının izləyəcəyi gözlənilir.
Avropa Oyunlarında 239 dəst medal uğrunda mübarizə aparılacaq.
R.Babayev