Çərşənbə axşamı müdafiə naziri, general-polkovnik Zakir Həsənov və Bolqarıstanın ölkədəki səfiri Maya Hristova regiondakı hərbi-siyasi vəziyyəti müzakirə ediblər. Bu barədə nazirliyin mətbuat xidməti məlumat verir.
Z.Həsənov müsahibinə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi barədə ətraflı məlumat verib.
Görüşdə ikitərəfli münasibətlər və qarşılıqlı maraq doğuran digər məsələlər barədə fikir mübadiləsi aparılıb.
F.İsazadə