Azərbaycan Xarici İşlər Nazirliyinin təşəbbüsü ilə regionların turizm imkanlarının və sosial-iqtisadi inkişafının tanıdılması məqsədilə Azərbaycan Respublikasında akkreditə olunmuş diplomatik nümayəndəliklərin rəhbərlərinin şimal-qərb marşrutu üzrə səfəri təşkil olunub. Bu barədə nazirliyin mətbuat xidmətindən məlumat verilib.
Səfər çərçivəsində diplomatlar Şəki və Qəbələdə yerləşən bir sıra tarixi yerlər, turizm məkanları və Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramına uyğun olaraq son dövrlərdə istifadəyə verilmiş ictimai obyektlərlə tanış olublar.
F.İsazadə