Türkiyənin Azərbaycandakı səfiri İsmail Alper Coşkun Xarici İşlər Nazirliyinin ölkədə akkreditə olunmuş diplomatik korpusun rəhbərləri üçün respublikanın regionlarına təşkil edilən ekskursiyanı səmərəli hesab edir.
Azərbaycan XİN ölkədə akkreditə olunmuş diplomatik korpusun rəhbərləri üçün Şəki və Qəbələ rayonlarına infoturlar təşkil edib.
“Azərbaycanın payatxtı Bakı çox gözəl şəhərdir. Lakin ölkənin gözəlliyi ancaq Bakı ilə məhdudlaşmır. Azərbaycanın hər güşəsi gözəldir. Bununla əlaqədar bu infoturu mühüm və faydalı hesab edirəm”, - deyə diplomat jurnalistlərə bəyan edib.
İ.Coşqunun sözlərinə görə, bu cür təşəbbüs xarici diplomatlara birgə toplaşmaq imkanı verir.
“Biz səfirlər üçün birgə toplaşmaq, qeyri-rəsmi şəraitdə söhbət etmək və Azərbaycanın gözəlliklərini görmək üçün imkan yaradılır”, - deyə İ.Coşqun bildirib.
O qeyd edib ki, Azərbaycanın şimal-qərb regionuna səfərdən əvvəl diplomatlar üçün Naxçıvan Muxtar Respublikası, Quba və Qusar rayonlarına ekskursiyalar təşkil edilib.
F.İsazadə