Multikulturalizm gələcəyin uğurlu qurulmasının mühüm amillərindən biridir. Bu barədə Azərbaycanın
millətlərarası, multikulturalizm və dini məsələlər üzrə dövlət müşaviri Kamal Abdulla bəyan edib.
“Bu gün Azərbaycan multikulturalizm prinsipləri yaradır. Hazırda dünyada multikulturalizmin alternativi yoxdur”, - deyə K.Abdulla qeyd edib.
Onun sözlərinə görə, hətta Azərbaycanın ən ucqar regionlarında multikulturalizm təzahürlərinə rast gəlmək mümkündür.
Bundan başqa, dövlət müşaviri Azərbaycan xalqının digər xalqların nümayəndələrinə tolerant münasibətinin təzahürü olan nümunələr gətirib.
A.Zeydullayeva