SOCAR (Azərbaycan Dövlət Neft Şirkəti, ARDNŞ) 2015-ci ildə Rusiyaya qaz tədarükünü bərpa edə bilər. Bu barədə çərşənbə günü jurnalistlərə şirkətin prezidenti Rövnəq Abdullayev məlumat verib.
“Hazırda təmir işləri davam edir. Yəqin ki, Rusiyaya qaz tədarükü gələn il bərpa ediləcək”, - deyə R.Abdullayev bildirib.
Xəbər verildiyi kimi, SOCAR avqustda Bakı-Quba-Rusiya sərhədi magistral avtomobil yolunun qalan hissəsinin tikintisi və qaz nəqli infrastrukturunda texniki işlərlə əlaqədar olaraq Azərbaycan qazının Rusiyaya nəqlini dayandırıb.
Bundan başqa, 2014-cü ilin yanvar-may aylarında SOCAR avtomobil yolunun təmiri ilə əlaqədar Rusiyaya qaz tədarükünü dayandırmışdı.
Qaz nəqli dayandırılana qədər sutkalıq plan 2 mln. kubmetr qaz təşkil edirdi.
N.Abbasova