Gürcüstanın xarici işlər naziri Maya Pancikidze çərşənbə günü brifinqdə istefa verdiyini bəyan edib.
M.Pancikidze “Azad demokratlar” partiyasının üzvüdür ki, bu partiyanın da lideri Gürcüstanın dünən istefa vermiş müdafiə naziri İrakli Alasaniyadır.
Dünən Avropaya inteqrasiya üzrə dövlət naziri, İ.Alasaniyanın komandasının üzvü Aleksi Petriaşvili də istefa verməsi barədə bəyanatla çıxış edib.
Yerli ekspertlər “Azad demokratlar” partiyasının üzvü olan ədliyyə naziri Teya Sulukianinin də öz postunu tərk edəcəyini istisna etmirlər.