Ukrayna MDB-dən çıxmaq imkanını nəzərdən keçirir. Bu barədə Ukraynanın Azərbaycandakı səfiri Aleksandr Mişenko çərşənbə günü “İnterfaks-Azərbaycan” agentliyinin mətbuat mərkəzində keçirilən mətbuat konfransında bəyan edib.
“Buna səbəb təşkilat üzvlərinin Rusiyanın Ukraynaya qarşı təcavüzünün qarşısının alınması üçün nəzərəçarpan addımlar atmamasıdır”, - deyə o vurğulayıb.
“MDB təşkilat olaraq bu təcavüzün qarşısını almaq məqsədilə kifayət qədər real addımlar atmayıb”, - deyə o vurğulayıb.
A.Mişenko qeyd edib ki, Kiyev postsovet ölkələrinin diqqətini bu təşkilatın üzvlərindən birinin hərəkətlərinə yönəltmək məqsədilə dəfələrlə dövlət başçılarının və xarici işlər nazirlərinin sammitlərinin Ukraynada keçirilməsi təklifi ilə müraciət edib.
“Əfsuslar olsun ki, həmkarlarımız Ukraynanın çağırışlarını eşitmədilər və bu səbəbdən Kiyev təşkilatdan çıxmaq məsələsini müzakirə edir”, - deyə A.Mişenko bildirib.
F.İsazadə