Prezident İlham Əliyev və Böyük Britaniyanın Avropa məsələləri üzrə naziri Devid Lidinqtonun çərşənbə günü baş tutan görüşündə mühüm infrastruktur layihələrinin perspektivləri ilə bağlı fikir mübadiləsi aparılıb.
Bu barədə rəsmi KİV-lər məlumat verir.
Görüşdə Azərbaycan ilə Böyük Britaniya arasında ikitərəfli münasibətlərin müxtəlif sahələrdə yüksək səviyyədə olduğu bildirilib, iqtisadi əməkdaşlıq sahəsində energetikanın prioritet təşkil etdiyi vurğulanıb.
Söhbət zamanı Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli yolları və qarşılıqlı maraq doğuran bir sıra digər məsələlər müzakirə edilib.
F. Hüseynzadə