Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov və Böyük Britaniyanın Avropa məsələləri üzrə naziri David Lidinqton Dağlıq Qarabağ münaqişəsinin nizamlanması məsələsini müzakirə ediblər. Bu barədə XİN başçısı britaniyalı həmkarı ilə Bakıda keçirdikləri birgə mətbuat konfransında məlumat verib.
“Mən Azərbaycanın mövqeyini, ilk növbədə Ermənistanın işğalçı qoşunlarının Azərbaycan ərazisindən çıxarılmasının zəruriliyi ilə bağlı dəfələrlə verdiyimiz bəyanatları britaniyalı nazirin diqqətinə çatdırdım”, - deyə E.Məmmədyarov bəyan edib.
Öz növbəsində D.Lidinqton qeyd edib ki, münaqişənin həlli Bakı və İrəvanın özlərinin işidir.
“Biz Londonda oturaraq sizə bu münaqişəni necə nizamlayacağınızı diktə edə bilmərik. Sizə yalnız məsləhətlər verə bilərik”, - deyə o qeyd edib.
F.İsazadə