SOCAR-ın (Azərbaycan Dövlət Neft Şirkəti, ARDNŞ) qazma idarələri 2014-cü ilin yanvar-oktyabr aylarında qazma işlərinin həcmini 2013-cü ilin analoji dövrü ilə müqayisədə 14,7% - 107,451 min metrədək azaldıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə SOCAR-dan məlumat verilib.
Kəşfiyyat qazma işlərinin payı 1,827 min metr (azalma 3,4 dəfə), istismar qazma işlərinin payı 105,624 min metr (azalma 11,8%) təşkil edib.
2014-cü ilin oktyabr ayında qazma idarələrinin həyata keçirdiyi işlərin həcmi 8,714 min metr təşkil edib. Bunun 8,515 min metri istismar, 199 metri kəşfiyyat qazma işlərinin payına düşüb.
Xəbər verildiyi kimi, 2013-cü ildə SOCAR üzrə qazma işlərinin həcmi 142,656 min metr, o cümlədən istismar qazma işlərinin həcmi 135,665 min metr, kəşfiyyat qazma işlərinin həcmi 6,991 min metr təşkil edib.
N.Abbasova