“Azərenerji” SC (Azərbaycanda elektrik enerjisi üzrə dövlət inhisarçısı) 2014-cü ilin yanvar-oktyabr aylarında 18,5 mlrd. kVt/saat elektrik enerjisi istehsal edib ki, bu da 2013-cü ilin analoji dövrünün göstəricisindən 5,7% çoxdur. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə ASC-nin mətbuat xidmətindən məlumat verilib.
Cari ilin oktyabr ayında “Azərenerji” 1,8 mlrd. kVt/saata yaxın elektrik enerjisi istehsal edib.
Energetika Nazirliyinin proqnozlarına görə, 2014-cü ildə 23 mlrd. 100,7 mln. kVt/saat elektrik enerjisi istehsal ediləcək.
2013-cü ilin yekunları üzrə ölkədə 21,5 mlrd. kVt/saat elektrik enerjisi istehsal edilib.
N.Abbasova