Xarici işlər naziri Elmar Məmmədyarov azərbaycanlı girovların tezliklə erməni əsirliyindən azad ediləcəyinə əmindir.
“ATƏT-in Minsk Qrupunun rusiyalı həmsədri İqor Popov azərbaycanlı girovlar Dilqəm Əsgərov və Şahbaz Quliyevin erməni əsirliyindən azad edilməsi məsələsi ilə məşğul olacağına dair söz verib”, - deyə E.Məmmədyarov çərşənbə günü brifinqdə bildirib.
Onun sözlərinə görə, bu məsələ Azərbaycan və Ermənistan prezidentlərinin bu yaxınlarda Parisdə baş tutmuş görüşü zamanı qaldırılıb. XİN başçısı qeyd edib ki, nazirlik öz vətəndaşlarının azad edilməsi probleminin həlli ilə məşğuldur.
“Vətəndaşlarımızı azad edəcəyimizə əminik”, - deyə E.Məmmədyarov vurğulayıb.
F.İsazadə