Gədəbəy rayonunda bu qış məktəblərin isidilməsi ilə bağlı problem yaşanmayacaq. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinin regional bürosuna Gədəbəy rayon Təhsil İdarəsinin müdiri Baxış Nağıyev məlumat verib.
“Məktəblərdən 10-u təbii qazla, yerdə qalan 74 məktəb isə maye yanacaq və odunla isidilir. Havaların kəskin soyuması ilə əlaqədar artıq bir neçə gündür ki, məktəblərdə istilik sistemləri işə salınıb”, – deyə B.Nağıyev qeyd edib.
Onun sözlərinə görə, havaların kəskin soyuması ilə əlaqədar qabaqlayıcı tədbirlərin görülməsi şagirdlərin dərsə davamiyyətinə də müsbət təsir göstərir.
Gədəbəyin 84 ümumtəhsil müəssisəsində 10,5 min şagird təhsil alır.
F.Mehdiyev