Göygöl Zona Baytarlıq Laboratoriyasında heyvanlardan alınan qan nümunələrinin analizi nəticəsində insan sağlamlığı üçün ciddi təhlükə yaradacaq heç bir infeksiya aşkar edilməyib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinin regional bürosu xəbər verir.
“2014-cü ilin arxada qalan dövrü ərzində 11 minə yaxın iri, 4 mindən artıq xırdabuynuzlu heyvanlardan qan nümunələri alınıb. Bundan əlavə, bölgədə quş qripi xəstəliyinin monitorinqi məqsədi ilə laboratoriyanın əhatə etdiyi rayonlarda 416 baş ev quşundan qan nümunələri alınaraq Respublika Baytarlıq Laboratoriyasına göndərilib”, – deyə Göygöl Zona Baytarlıq Laboratoriyasının direktoru Aydın Hüseynov bildirib. Onun sözlərinə görə, monitorinqlərin nəticələri təhlükəli hesab olunacaq xəstəliyin aşkarlanmadığını deməyə əsas verir.
F.Mehdiyev