Cari həftənin sonunda Qazaxıstanın xarici işlər nazirinin müavini Aleksey Volkov Azərbaycana səfər edəcək. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Qazaxıstanın Bakıdakı səfirliyindən məlumat verilib.
Səfərin məqsədi noyabrın 7-də Azərbaycan XİN-in təşkilatçılığı ilə keçiriləcək “Qonşu regionlarda Avropa Şurasının siyasəti” mövzusunda konfransda iştirak etməkdir.
F.İsazadə