Cümə axşamı səhər Bakı şəhəri, Səbail rayonu ərazisində yerləşən 51 saylı orta məktəbdə yanğın baş verib.
“Hadisə yerinə 8 yanğınsöndürən dəstə cəlb olunub”, - deyə “İnterfaks-Azərbaycan” agentliyinə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətindən məlumat verilib.
Yanğına elektrik şitində qısaqapanma səbəb olub.
Müəllim və şagirdlər məktəb binasından təxliyə olunublar. Yanğın zamanı xəsarət alan yoxdur.
“Yanğının qarşısı alınıb”, - deyə FHN DYMX-dən bildirilib.
R.Babayev