SOCAR-ın (Azərbaycan Dövlət Neft Şirkəti, ARDNŞ) “Azəriqaz” İstehsalat Birliyi cümə axşamı Azərbaycanın 4 rayonunun qaz təchizatına məhdudiyyətlər qoyub. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə İB-dən məlumat verilib.
Qaz nəqli sistemində və qaz təchizatı şəbəkəsində təmir-quraşdırma işlərinin aparılması ilə əlaqədar səhər saatlarından 12:00-dək Şəmkir rayonunun, saat 18:00-dək Füzuli və Samux rayonlarının bir hissəsinə məhdudiyyətlər qoyulub.
Bundan başqa, saat 14:00-dan 16:00-dək Ağstafa rayonunun bir hissəsinə təbii qazın verilişində fasilələr yaranacaq.
N.Abbasova