Moskvada fəaliyyət göstərən şirkətlər Azərbaycanda şirkətlərə bir sıra sahələrdə əməkdaşlıq təklif edirlər. Bu barədə İqtisadiyyat və Sənaye Nazirliyinin saytında məlumat verilir.
Moskva şirkətləri Azərbaycan sahibkarlarına rabitə, elektrik avadanlıqlarının istehsalı, radioelektron sənayesi, yarımkeçirici mikrosxemlərin istehsalı, informasiya texnologiyaları, audio və videoavadanlıq istehsalı, maşınqayırma və kompleks avtomatlaşdırma, metal emalı, nəqliyyat və energetika sahələrində əməkdaşlıq təklif edir.
Bundan başqa, bu şirkətlər tikinti və tikinti materialları istehsalı, yanacaq sənayesi, tullantıların emalı və istifadə edilməsi, mənzil-kommunal təsərrüfatı, ekologiya və ətraf mühitin mühafizəsi, təhsil, tibb sənayesi, əczaçılıq, tibb avadanlığı istehsalı və diaqnostika sahələrində əməkdaşlıqda maraqlıdırlar.
A.Axundov