Helsinki Universitetinin nümayəndəsi, pasifizim ideyalarının təşviqi ilə məşğul olan Finlandiyanın “Komitə 100” Qeyri-Hökumət Təşkilatının (Sadankomitea) eksperti Alvina Alametsa ümid edir ki, Azərbaycan Dağlıq Qarabağ problemini həll edəcək və bu, regiondakı bütün ölkələrin xeyrinə olacaq.
“Ümid edirəm ki, Dağlıq Qarabağ münaqişəsi məsələsində Azərbaycan sülhə nail olacaq və özünün bütün ərazisinin potensialından tam şəkildə istifadə edə biləcək. Bu, regionda hamıya fayda verəcək”, - deyə A.Alametsa “İnterfaks-Azərbaycan” agentliyinə müsahibəsində bildirib.
Bakıya bu yaxınlarda etdiyi səfərlə bağlı təəssüratlarını bölüşən A.Alametsa qeyd edib ki, “Azərbaycan xeyirxah və sülhsevər xalqı olan çox gözəl ölkədir”.
Müsahibənin tam mətni ilə www.interfax.az saytında tanış ola bilərsiniz.