“Azərikimya” İstehsalat Birliyinin Etilen-polietilen zavodunun (SOCAR-ın strukturuna daxildir - İF-Az) əməkdaşları cümə günü səhər birbaşaqovulmuş benzin çənində tüstüləmənin qarşısını alıblar. Bu barədə SOCAR-ın (Azərbaycan Dövlət Neft Şirkəti, ARDNŞ) rəsmi saytında məlumat verilir.
“Cümə axşamından cümə gününə keçən gecə səhər saat 03:25 radələrində zavodun 30 saylı Neft-kimya məhsullarının qəbulu və buraxılması sahəsindəki birbaşaqovulmuş benzin çənində tüstüləmə baş verib”, - deyə məlumatda qeyd edilir.
Vurğulanır ki, sexin müvafiq xidmətləri təlimata uyğun olaraq qabaqlayıcı tədbirlər görüblər. Yangından Mühafizə Xidmətinin əraziyə çağırılmış qüvvələri tərəfindən də müvafiq tədbirlər görülüb, saat 04:30-da yanğın təhlükəsi olmadığına görə əməliyyatlar dayandırılıb.
Xəsarət alan olmayıb.
Hazırda hadisənin başvermə səbəbləri araşdırılır.
N.Abbasova