SOCAR-ın (Azərbaycan Dövlət Neft Şirkəti, ARDNŞ) “Azəriqaz” İstehsalat Birliyi çərşənbə axşamı Azərbaycanın dörd rayonunda qaz təchizatına məhdudiyyətlər qoyacaq. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə İB-dən məlumat verilib.
Qaz nəqli infrastrukturunda aparılan təmir-quraşdırma işləri ilə əlaqədar olaraq saat 11:00-dan 17:00-a qədər İmişli, Saatlı və Sabirabad rayonlarının, saat 13:00-dan saat 14:30-a qədər Şamaxı rayonunun bir hissəsinə qazın verilməsində fasilələr yaranacaq.
N.Abbasova