ABŞ məhkəməsi azərbaycanlı Teymur Hüseynlinin qətlində ittiham edilən Cozef Spitalli barəsində hökmün tarixini dekabrın əvvəlində müəyyən edəcək. Bu barədə «ChicagoTribune» qəzeti yazıb.
Qəzetin məlumatına əsasən, ötən cümə günü keçirilən iclasda qətlin xüsusi amansızlıqla törədildiyi təsdiq edilib və bu, o deməkdir ki, Spitalli ömürlük həbs cəzasına məhkum edilə bilər.
Cinayət 2012-ci il noyabrın 17-də İllinoys ştatının Daryen şəhərində baş verib. Yerli sakin, 36 yaşlı Cozef Spitalli 31 yaşlı azərbaycanlı Teymur Hüseynlini bıçaqla qətlə yetirib. T.Hüseynli amerikalının keçmiş sevgilisi, Litva vətəndaşı ilə görüşürdü.
Qeyd edilir ki, T.Hüseynli ABŞ-a 2010-cu ildə köçmüşdü.
F.Hüseynzadə