Azərbaycan Beynəlxalq Bankı (ABB) “Türkiye İhracat Kredi Bankası A.Ş.”dən (“Türk Eximbank”) $15 mln. məbləğində kredit cəlb edib. Bu barədə ABB-nin mətbuat xidmətinin məlumatında deyilir.
ABB və “Türk Eximbank” arasında kredit sazişi imzalanıb.
Saziş Azərbaycan və Türkiyə arasında ticarət əlaqələrinin inkişaf etdirilməsini nəzərdə tutur. ABB tərəfindən cəlb olunan kredit, xüsusilə Türkiyədən mal idxal edən Azərbaycan şirkətlərinə orta və uzunmüddətli kreditlər şəklində verilməklə, onlara maliyyə dəstəyinin göstərilməsinə yönəldiləcək”, - deyə məlumatda qeyd olunur.
“Türk Eximbank” - əsas məqsədi Türkiyənin xarici ticarətinin inkişafının dəstəklənməsi olan dövlət bankıdır.
ABB 1992-ci ildə yaradılıb və Azərbaycanın ən iri bankıdır. Hazırda bankın səhmlərinin 50,2%-i dövlətə, 49,8%-i özəl səhmdarlara məxsusdur.
A.Əzizov