Tehran ümid edir ki, vasitəçilərin iştirakı ilə İranın nüvə proqramına dair danışıqlar qabacadan müəyyən edilmiş vaxtda - noyabrın 24-də səmərli şəkildə başa çatacaq. Bu barədə İranın xarici işlər nazirinin müavini İbrahim Rəhimpur “İnterfaks-Azərbaycan” agentliyinə verdiyi müsahibədə məlumat verib.
“Tərəflər danışıqlar üzrə qabaqcadan nəzərdə tutulmuş müddətə - noyabrın 24-nə qədər müsbət nəticə əldə etməyə ümid edirlər. Amma biz bu məsələ ilə bağlı nə sevinmirik, nə də bunu dərd etmirik. Çünki bu, bizə 100% ümid də vermir, 100% ümidsiz də deyil”,- deyə İ.Rəhimpur qeyd edib.
“Ciddi danışıqlar gedir və biz onların başa çatmasını gözləməliyik”,- deyə o əlavə edib.
Nazir müavini xatırladıb ki, noyabrın 10-da İran, ABŞ və AB xarici siyasət idarələrinin rəhbərlərinin görüşü olub, bundan sonra İranın “altılıq”la danışıqlarının növbəti raundu keçirilməlidir.
Müsahibənin tam mətni ilə www.interfax.az saytında tanış olmaq olar.
F.İsazadə