Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) yanında Dövlət Əmək Müfəttişliyi Xidməti (DƏMX) iş yerlərində gecikdirilmiş 26,327 min manat məbləğində sosial xarakterli ödənişlərin işçilərə ödənilməsini təmin edib. Bu barədə ƏƏSMN-in İctimaiyyətlə əlaqələr şöbəsi məlumat verir.
Həmin vəsaitin 26 037 manatını əmək haqları, 290 manatını sosial müavinət və kompensasiyalar təşkil edib.
Ötən ay işdən qeyri-qanuni şəkildə azad olunduğu aşkar edilən 2 nəfər isə öz işinə bərpa etdirilib.
R.Babayev