Bakı polisləri 120 min manat oğurlamaqda şübhəli bilinən iki gənci saxlayıblar. Bu barədə Bakı Şəhər Baş Polis İdarəsindən məlumat verilir.
Məlumata əsasən, saxlanılan şəxslər - 1993-cü il təvəllüdlü Kərim Kubayev və 1995-ci il təvəllüdlü Renat Məhərrəmov iki oğurluq faktında şübhəli bilinirlər. Belə ki, sentyabrın sonunda qarətçilər mebel mağazasından 55 min manat, oktyabrın 13-də isə mağazadan içərisində 65 min manat olan seyfi oğurlayıblar.
F.Hüseynzadə