Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Heydər Əliyev adına Akademiyasında 12 noyabr - Konstitusiya Gününə həsr olunmuş tədbir keçirilib. Bu barədə çərşənbə günü MTN-nin İctimai Əlaqələr Mərkəzi məlumat verir.
Tədbirdə çıxış edən Akademiya rəisinin birinci müavini, general-mayor Şahin Sultanov milli təhlükəsizliyin təmin olunması sahəsində qanunvericilik bazasının təkmilləşdirilməsi ilə bağlı görülən işlər barədə danışıb, Azərbaycanın milli təhlükəsizlik orqanlarının məhz Konstitusiya və qanunlarımızda əks olunmuş prinsip və müddəaları rəhbər tutaraq xarici xüsusi xidmət orqanlarının ölkəmizdə pozuculuq fəaliyyətinin, terror və təxribat cəhdlərinin qarşısının alınması, transmilli mütəşəkkil cinayətkarlıq, narkotik vasitələrin qanunsuz dövriyyəsinə, insan alverinə qarşı mübarizə və digər istiqamətlərdə uğurla fəaliyyət göstərən, müstəqilliyimizin və dövlətçiliyimizin keşiyində əzmlə duran çevik və güclü dövlət təsisatı kimi formalaşdığını bildirib.
F.İsazadə