Azərbaycan Silahlı Qüvvələri Ermənistanın hərbi helikopterini vurub. Bu barədə «Qafqazinfo» məlumat verib.
Məlumata əsasən, helikopter Azərbaycanın Ağdam rayonunun Çəmənli kəndi ərazisində hava sərhədini pozandan sonra vurulub. Helikopter Azərbaycan tərəfinin nəzarət etdiyi əraziyə düşüb.
Müdafiə Nazirliyi məlumatı təsdiqləyib.
Öz növbəsində “İnterfaks-Azərbaycan” agentliyinə bildirilib ki, nazirlik məlumatın dəqiqləşdirilməsi ilə məşğuldur.
A.Zeydullayeva