Mərkəzi Seçki Komissiyası (MSK) növbəti bələdiyyə seçkilərində iştirak etmək üçün 3 min 324 min namizədi qeydiyyata alıb. Bu barədə MSK sədri Məzahir Pənahov bəyan edib.
“Bu günə 118 seçki dairəsində yerləşən 1607 bələdiyyədən 1578-nə 22 min 821 nəfər öz namizədliyini irəli sürüb”, - deyə M.Pənahov çərşənbə günü MSK-nın növbəti iclasında bildirib. Onun sözlərinə görə, namizədliyini verənlərin 16,205 min nəfəri kişi, 6,616 min nəfəri qadındır.
Bələdiyyə seçkilərində iştirak etmək istəyən şəxslər tərəfindən 18,453 min imza vərəqəsi götürülüb, artıq doldurulmuş 8,283 min imza vərəqi namizədlər tərəfindən seçki komissiyalarına təqdim edilib.
8,781 min nəfər namizədliyini fərdi qaydada irəli sürüb, 406 nəfərin namizədliyini təşəbbüs qrupları verib, 13,624 min nəfərin namizədliyi isə siyasi partiyalar tərəfindən irəli sürülüb.
R.Babayev