Azərbaycan parlamentinin nümayəndələri Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Monitorinq və Daimi Komitələri və Bürosunun iclaslarında iştirak edəcəklər. Bu barədə Milli Məclisin mətbuat xidməti məlumat verir.
Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr Komitəsinin sədri, Azərbaycanın AŞPA-dakı daimi nümayəndə heyətinin rəhbəri Səməd Seyidov və deputat Elxan Süleymanov noyabrın 14-də Parisdə Avropa Şurası Parlament Assambleyasının Monitorinq Komitəsinin, noyabrın 17-18-də isə Brüsseldə AŞPA Daimi Komitəsinin və Bürosunun iclaslarında iştirak edəcəklər.
Tədbirlərdə Monako ilə monitorinq sonrası dialoq, Bosniya və Herseqovinada, Bolqarıstanda, Tunisdə, Moldovada və Ukraynada son parlament seçkilərinin nəticələri və digər mövzularda fikir mübadiləsi aparılacaq.
R.Babayev