2014-cü ilin yanvar-oktyabr aylarında Azərbaycanda neft hasilatı 35,6 mln. ton təşkil edib. Bu barədə Dövlət Statistika Komitəsinin saytında məlumat verilir.
Xəbər verildiyi kimi, 2013-cü ilin yanvar-oktyabr aylarında Azərbaycanda 36,1 mln. ton neft hasil edilib. Beləliklə, 2014-cü ilin 10 ayı ərzində respublikada neft hasilatı 1,4% azalıb.
Statistik məlumatlara görə, 2014-cü ilin yanvar-oktyabr aylarında Azərbaycanda əmtəəlik qaz hasilatı 15,5 mlrd. kubmetr (2013-cü ilin 10 ayı ilə müqayisədə artım 6,2% - İF-Az) təşkil edib.
Xəbər verildiyi kimi, 2013-cü ildə neft hasilatı 43,154 mln. ton, əmtəəlik qaz hasilatı 17,9 mlrd. kubmetr təşkil edib.
Hökumətin proqnozlarına əsasən, 2014-cü ildə Azərbaycanda ümumi neft hasilatı 41 mln. 653,5 min ton, qaz hasilatı (əmtəəlik qaz daxil olmaqla) 28,42 mlrd. kubmetr səviyyəsində olacaq.
N.Abbasova