Bakıda üç avtomobilin iştirakı ilə baş vermiş yol-nəqliyyat hadisəsi sürücülərdən birinin ölümü ilə nəticələnib. Bu barədə cümə axşamı Bakı Şəhər Baş Polis İdarəsinin mətbuat xidməti məlumat verir.
Hadisə noyabrın 12-də Xəzər rayonunun Buzovna qəsəbəsində baş verib. “Lexus”, “Mercedes” və “VAZ-2106” markalı avtomobillərin toqquşması nəticəsində sonuncu avtomobilin sürücüsü, 60 yaşlı Toğrul İbrahimov həlak olub.
F.Hüseynzadə