Azərbaycan Silahlı Qüvvələri əməliyyat-taktiki təlimlərin keçirilməsinə başlayıb. Bu barədə Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat verir.
“Təsdiq edilmiş əməliyyat hazırlığı planına əsasən, müdafiə naziri Zakir Həsənov və onun birinci müavini - Silahlı Qüvvәlərin Baş Qərargah rəisi Nəcməddin Sadıkovun rəhbərliyi ilə noyabrın 13-dən Hərbi Dəniz Qüvvәləri tam heyətdə, Hərbi Hava Qüvvələri və Hava Hücumundan Müdafiə Qoşunlarının hissə və bölmələri Fövqəladə Hallar Nazirliyinin və Dövlət Sərhəd Xidmətinin iştirakı ilə birgə əməliyyat-taktiki təlimlərə başlayıb”, - deyə nazirliyin məlumatında deyilir.
Məlumata əsasən, təlimlərdə təlim-döyüş tapşırıqlarının yerinə yetirilməsinə 5 min nəfərdən artıq şəxsi heyət, 40-dək döyüş gəmi və katerləri, raket və artilleriya qoşunlarının 58 qurğusu, Hərbi Hava Qüvvələrinin 20-dək döyüş təyyarə və helikopterləri, Hava Hücumundan Müdafiə Qoşunlarının bilavasitə, qruplaşmanın hava hücumundan müdafiəsının təşkili məqsədilə 50-dək müxtəlif vasitələri, o cümlədən xüsusi təyinatlı qüvvələr cəlb edilib.
Təlim 3 mərhələdə həyata keçiriləcək. Təlimlərin aktiv fazasında cəlb olunan bütün növ vasitələrdən döyüş atışları icra olunacaq.
F.İsazadə