2012-ci ilin dekabrından 2014-cü ilin oktyabr ayının 31-nə qədər Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin (RYTN) “Elektron hökumət” portalına (www.e-gov.az) daxilolmaların ümumi sayı 2 mln. 959,944 min təşkil edib. Bu barədə portalın məlumatında deyilir.
“Elektron hökumət” portalı üzərindən təqdim edilən xidmətlərin sayı 382 ədəd olub.
Məlumata əsasən, portala müraciət edənlərin ümumi sayı 1 mln. 3,372 min nəfər təşkil edib.
“Ümumilikdə bu gün vətəndaşlarn portala marağının artması müşahidə olunmaqla yanaşı, portala təkrar müraciət edənlərin də sayı artmaqdadır. Bu dövr ərzində portala müraciət edənlərin 35,4%-ni yeni istifadəçilər, 64,6%-ni isə təkrar müraciət edənlər təşkil edib” - deyə məlumatda qeyd edilir.
1 noyabr 2014-cü ilə 130,142 min istifadəçi portala daxil olmaq üçün sadələşdirilmiş kod-parol alıb.
Bu ilin oktyabr ayında müraciətlərin əksəriyyəti Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, RYTN, Dövlət Sosial Müdafiə Fondu tərəfindən göstərilən xidmətlərdən istifadə ilə bağlı olub.
N.Abbasova