Avropa Şurası (AŞ) Nazirlər Komitəsində sədrlik Azərbaycandan Belçikaya keçib. Bu barədə Avropa Şurasının rəsmi saytında məlumat verilir.
Sədrlik cümə axşamı Strasburqda AŞ-nin mənzil-qərargahında keçirilən iclasda təşkilatın üzvü olan 47 dövlətin nümayəndələrinin iştirakı ilə təhvil verilib.
Xarici işlər naziri Elmar Məmmədyarov sədrliyi Belçikaya təhvil verməzdən öncə Azərbaycanın Nazirlər Komitəsində sədrliyi dövründə əldə etdiyi nailiyyətlər barədə icmalı təqdim edib.
AŞ Nazirlər Komitəsinin yeni sədri, Belçika baş nazirinin müavini və xarici və Avropa işləri üzrə nazir Didye Reynders ölkəsinin 6 ay davam edəcək sədrliyi dövründə prioritetlərini təqdim edib.
R.Babayev