Azərbaycan Mərkəzi Bankı “Expressbank”ın Sumqayıtdakı 4 saylı şöbəsinin lisenziyasını ləğv etmək barədə qərar qəbul edib. Bu barədə “Expressbank”ın məlumatında deyilir.
“Yerli bankların şöbə və yerli nümayəndəliklərinin açılmasına icazələrin verilməsi və icazələrin ləğv edilməsi Qaydaları”nın 6.1-1-ci bəndinə müvafiq olaraq AMB Sumqayıt şəhərində 4 saylı şöbənin açılmasına verilən lisenziyanı ləğv etmək barədə qərar qəbul edib”, - deyə “Expressbank”dan bildirilib.
“Expressbank” Sumqayıt şəhərində 4 saylı şöbənin açılması üçün lisenziyanı 2010-cu il aprelin 7-də alıb.
“Expressbank” 1989-cu ildə yaradılıb və Azərbaycanın 20 aparıcı bankından biridir. Bankın səhmdarları yerli hüquqi şəxslərdir.
A.Əzizov