Rusiya Azərbaycanın əsl müasir və tərəqqi edən dövlətə çevrilməsində dərindən maraqlıdır. Bu sözləri Rusiyanın Bakıdakı səfiri Vladimir Doroxin Rus icmasının cümə günü Bakıda keçirilən IV qurultayında deyib.
“Rusd icmasının yaranması ilə bağlı vəziyyət mənə məlumdr. Mən yaxşı bilirəm ki, bu icma niyə və necə yaranıb. Çox yaxşı və sevindirici haldır ki, o zaman təşkilat qarşısında duran məsələlər öz həllini tapıb. İndi rusların Azərbaycandan getməməsi üçün onları dilə tutmaq, onlara kömək etmək, yaxşı həyat vəd etmək barədə söhbət getmir”, - deyə o qeyd edib.
V.Doroxinin sözlərinə görə, bu məsələlər öz tarixi həllini tapıb.
“Və mən hesab edirəm ki, Azərbaycandakı ruslar burada qalmaqlarına və Azərbaycan da onların burada qalmasına təəssüflənmir”, - deyə diplomat əlavə edib.
Səfir öz çıxışında tərəflər arasında qarşıda duran məsələlər barədə də danışıb.
“Qarşmızda həllini gözləyən çoxlu məsələlər dayanır. Ən başlıca məsələ rusdilli əhalinin rus dilinə və mədəniyyətinə marağını dəstəkləməkdir. İkincisi, rusdilli əhaliyə müasir Azərbaycanda adaptasiya olmağa və öz yerini tapmağa kömək etməkdir”,- deyə V.Doroxin qeyd edib.
Onun sözlərinə görə, bu, Rusiyanın öz həmvətənləri ilə bağlı siyasəti ilə tamamilə üst- üstə düşr.
“Biz Azərbaycanda yaşayan ruslara ölkəmizin loyal vətəndaşı münasibəti göstəririk. Bu insanlar öz talelərini Azərbaycanın bu günü və gələcəyi ilə bağlayıblar, bununla belə burada rus dilinə marağı qoruyub saxlayıblar. Biz istəyirik ki, siz həqiqətən Azərbaycanda həyatın bütün sahələrində öz layiqli yerinizi tutasınız, siyasətdə, iqtisadiyyatda, elmdə, mədəniyyətdə incəsəntdə təmsil olunasınız. Biz fəxrlə deyə bilərik ki, Azərbaycanda müxtəlif millətlərin nümayəndələrinin bunu edə bilməsi üçün zəmin yaradılıb. Və əlbəttə, burada yaşayan ruslar bu imkanlardan məmnuniyyətlə istifadə edirlər”,- deyə səfir bildirib.
Diplomat Azərbaycanda yaşayan rusdilli əhalinin yerli cəmiyyətə inteqrasiya olunmasında Moskvanın kömək etməyə hazır olduğunu deyib.
“Biz isə Rusiya olaraq qonşu Azərbaycanla mehriban əlaqələrimizə, bizim bu ölkə ilə olan beynəlxalq razılaşmalarımıza, Azərbaycanın müasir və çiçəklənən dövlətə çevrilməsinə olan marağımıza əsaslanaraq ölkələrimiz arasında münasibətlərin bundan sonra da indiki səviyyədə inkişaf etməsi üçün kömək edəcəyik”,- deyə V.Doroxin qeyd edib.
R.Babayev