Rusiya və Azərbaycan arasında bərabər və proqnozlaşdırılan münasibətlər mövcuddur. Bu barədə Bu barədə Azərbaycanın Rus İcmasının sədri, Milli Məclisin deputatı Mixail Zabelin cümə günü icmanın IV qurultayında çıxışı zamanı bəyan edib.
“Onların əsasında bir-birinin suverenliyinə qarşılıqlı hörmət və müstəqil qərarlar qəbul etmək hüququ durur”, - deyə M.Zabelin vurğulayıb.
Onun sözlərinə görə, bu gün həmin əməkdaşlıq artıq möhkəm qanunverici əsasa da malikdir.
“Münasibətlərin dinamik inkişafında əsas amil Rusiya və Azərbaycan rəhbərliyinin dialoqudur. Ölkələrimiz arasında münasibətlərin möhkəmlənməsinə dövlət başçıları şəxsən xüsusi töhfə veriblər. Dövlətimiz və Rusiya arasında qarşılıqlı hörmət və etibara əsaslanan konstruktiv dialoq bizi sevindirir. Ölkələrimiz həm yüksək, həm də müvafiq struktur və nazirliklər səviyyəsində fəal əməkdaşlıq edir, bu isə şübhəsiz, ikitərəfli əlaqələrin gələcək inkişafına və ölkəmizlə daha dinamik tanışlığa xidmət edir”, - deyə icma sədri qeyd edib.
M.Zabelin vurğulayıb ki, xüsusilə də qeyri-neft sektorunda qarşılıqlı ticarətin həcminin illik artımı milyonlarla insanın rifahına xidmət edir”.
“Təhsil və mədəniyyət sahəsində Rusiya-Azərbaycan əlaqələri yüksələn xətlə inkişaf edir. Biz bunu yüksək qiymətləndiririk. Azərbaycanda Rusiyanın ali məktəblərində təhsil almağa böyük maraq var. Bu gün Rusiyanın ali məktəblərində 13 minə yaxın azərbaycanlı tələbə təhsil alır”, - deyə o bildirib.
R.Babayev