Rəsmi Bakı ATƏT-in media azadlığı üzrə xüsusi nümayəndəsi Dunya Miyatoviçin ölkəmizdə KİV-lərin vəziyyəti barədə tənqidi bəyanatı ilə bağlı bu təşkilata etirazını bildirib. Bu barədə Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri vəzifəsini icra edən Hikmət Hacıyev məlumat verib.
“Bu bəyanat Azərbaycanda KİV-lərlə bağlı real vəziyyəti əks etdirmir və buna görə də respublikanın ATƏT-dəki daimi nümayəndəliyi öz etirazını bildirib”,- deyə H.Hacıyev cümə günü keçirdiyi brifinqdə söyləyib.
O, D.Miyatoviçin bəyanatının qərəzli olduğunu və obyektiv reallığı əks etdirmədiyini deyib. H.Hacıyevin sözlərinə görə, Azərbaycanda mətbuat azadlığı tamamilə təmin edilir.
F.İsazadə