2014-cü ilin yanvar-oktyabr aylarında Azərbaycan əhalisinin nominal pul gəlirləri 30 mlrd. 377,2 mln. manat təşkil edib ki, bu da ötən ilin analoji dövrünün göstəricisindən 5,4% çoxdur. Bu barədə Dövlət Statistika Komitəsinin (DSK) saytında məlumat verilir.
Hesabat dövründə əhalinin hər nəfərinə düşən nominal gəlirlər 4,1% artaraq 3229,5 manat və ya ayda orta hesabla 322,9 manat təşkil edib.
Yanvar-oktyabr aylarında gəlirlərin 70%-i son istehlaka, 9,1%-i vergi, sosial sığorta və üzvlük haqlarının ödənilməsinə, 2,7%-i kreditlər üzrə faizlərin ödənilməsinə, 18,1%-i isə əmanətlərə və kapitalın artırılmasına yönəldilib.
Bütün vergilər ödənildikdən və digər icbari ödənişlər həyata keçirildikdən sonra əhalinin sərəncamında 27,6 mlrd. manat qalır ki, bu da 2013-cü ilin yanvar-oktyabr aylarının göstəricisindən 6% çoxdur.
N.Abbasova