Rusiya İnformasiya və Mədəniyyət Mərkəzi (RİMM) Azərbaycan Diplomatik Akademiyasında hər il keçirilən IV Beynəlxalq Festivalda Rusiyanı təmsil edib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə RİMM-dən məlumat verilib.
Festivalda dünyanın 35 ölkəsindən nümayəndələr iştirak edib.
Rusiyanı festivalda parlaq çıxışı ilə Orxan Cəlilov təmsil edib. Bundan başqa, ölkənin sərgi pavilyonu təşkil edilib.
RİMM tərəfindən hazırlanmış bu təqdimatlar Bakıda da təqdim olunmuşdu.
A.Zeydullayeva