Bütün Rusiyanın və Moskvanın patriarxı Kiril son zamanlar dünyada milli və dini zəmində fəallaşan münaqişələrin dayandırılması məqsədilə dünyanın aparıcı siyasi və mənəvi liderlərin səylərinin birləşdirilməsinin zəruriliyini qeyd edir.
“Azərbaycan çoxəsrlik dinlərarası əməkdaşlıq və mehriban qonşuluq ənənələri ilə məşhurdur”, - deyə patriarx Kirilin bazar ertəsi Bakıda keçirilən dini tolerantlığın möhkənmləndirilməsi üzrə “Azərbaycan modeli, ATƏT regionu və onun hüdudlarından kənarda çağırışlar” mövzusunda beynəlxalq konfrans iştirakçılarına müraciətində deyilir. Müraciəti Yekaterinburq mitropoliti Kiril oxuyub.
Patriarx təəssüflə qeyd edib ki, son aylar dinlərarası və millətlərarası sülh davamlılıq sınağından keçir, “həm Ukrayna, həm də Yaxın Şərqdən həyəcanlı xəbərlər daxil olur: rus pravoslav kilsənin dindarları da daxil olmaqla, xristianların hüquqları kobud şəkildə pozulur”.
“Əminəm ki, yalnız aparıcı siyasi və dini liderlərin sarsılmaz birgə mövqeyi dünyada sabitliyə ciddi təhlükə törədən dini və milli zəmində münaqişələrin gərginləşməsinin qarşısını almağa qadirdir”, - deyə patriarx Kiril vurğulayıb.
F.İsazadə