Azərbaycanın Surinam Respublikasındakı səfiri Elnur Sultanov etimadnaməsini bu ölkənin prezidenti Dezire Delano Buterzeya təqdim edib. Bu barədə Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat verir.
Diplomat qeyd edib ki, Azərbaycanın Surinamda ilk səfiri kimi iki ölkə arasında əlaqələrin inkişaf etdirilməsi üçün səy göstərəcək. Onun sözlərinə görə, ikitərəfli əməkdaşlıq üçün potensial var.
Öz növbəsində D.D.Buterze vurğulayıb ki, Surinam Azərbaycanla əməkdaşlığa əhəmiyyət verir. O, yaxın gələcəkdə iki ölkə arasında əlaqələrin möhkəmlənəcəyinə ümidvar olduğunu ifadə edib.
Səfər çərçivəsində E.Sultanov Surinam Milli Assambleyasının sədri Jeniffer Girlings-Simmons, xarici işlər naziri Vinston Lakin, gənclər və idman naziri İsmanto Adna, təbii ehtiyatlar naziri Jim Hok və digər rəsmi şəxslərlə görüşlər keçirib.
R.Babayev