2014-cü ilin yanvar-oktyabr aylarında Azərbaycanda tikinti materiallarının istehsal həcmi 378,1 mln. manat təşkil edib ki, bu da ötən ilin analoji dövrünün göstəricisindən 20,9% çoxdur. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Statistika Komitəsindən məlumat verilib.
Statistik məlumatlara əsasən, yanvar-oktyabr aylarında respublikada 2 mln. 448,2 min ton sement (artım 39,7%), 158,8 min ton tikinti gipsi (azalma 28,6%), 30 min kubmetr beton konstruksiya (artım 43,5%), 344,8 min ton asfalt ( azalma 3,3%) istehsal olunub.
Bundan başqa, bu dövrdə 4,236 min ton işlənmiş mərmər, əhəng daşı, alebastr və onlardan hazırlanmış məmulatlar (azalma 71%), 236,9 min kubmetr tikinti kərpici (azalma 27,3%), 1 mln. 451,9 min ton hazır beton qarışığı (artım 26%) istehsal edilib.
A.Axundov