Noyabrın 18-də Azərbaycanın müdafiə naziri, general-polkovnik Zakir Həsənov Pakistan İslam Respublikasına rəsmi səfərə yola düşüb. Bu barədə Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat verir.
Səfər çərçivəsində Pakistanın dövlət və hərbi rəhbərliyi ilə keçiriləcək görüşlərdə iki ölkə arasında hərbi əməkdaşlıq məsələlərinin müzakirə edilməsi, regional təhlükəsizlik üzrə fikir mübadiləsinin aparılması planlaşdırılır.
Səfər noyabrın 19-dək davam edəcək.
Y.Əliyev