Azərbaycan-İran sərhədində atışma olub. Bu barədə ANS telekanalı məlumat verir.
Atışma Azərbaycan sərhədçiləri ilə İrandan külli miqdarda narkotik maddəni qaçaqmalçılıq yolu ilə Azərbaycana keçirmək istəyən şəxslər arasında baş verib.
Yaralanmasına baxmayaraq, qaçaqmalçılardan biri, İran vətəndaşı hadisə yerindən qaçaraq gizlənib. Əməliyyat nəticəsində qrupun digər üzvü - Cəlilabad rayonunun Məlikqasımlı kənd sakini saxlanılıb.
Y.Əliyev